Əlaqə Arxiv
news Image
2014.01.15
16:53
| A A A
"Azərbaycan və NATO arasında münasibətlər strateji əhəmiyyət daşıyır"

Azərbaycan NATO-nun çox mühüm tərəfdaşıdır. Bunu bu gün Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu jurnalistlərə bildirib.

D.Çiobanu deyib: "Azərbaycan və NATO arasında münasibətlər strateji əhəmiyyət daşıyır".

Səfirin sözlərinə görə, NATO Azərbaycanın təkcə hərbi deyil, həmçinin maliyyə, tranzit və təlimlər nöqteyi-nəzərindən Əfqanistana verdiyi töhfəni yüksək qiymətləndirir.

Rumıniya səfiri, həmçinin əfqan mütəxəssislərin Azərbaycan universitetlərində təlim almasını da çox müsbət qiymətləndirib.

Sizin Reklam Yeriniz