Əlaqə Arxiv
news Image
2014.01.17
10:25
| A A A
Müxaliflər yenə də əcnəbilər üçün donosbazlıq edir
Zahid Oruc: «Azərbaycan müxalifətinin bir hissəsinin xaricilərlə əlbir olması onların dövlətçilik maraqlarından çıxış etmədiyini göstərir»

Azərbaycanda radikal müxalifət hakimiyyətə gəlmək üçün bir sıra hallarda hətta ölkəmizə qarşı çıxan xarici dairələrlə belə əlbir olurlar. O d asirr deyil ki, bu vaxta qədər onlar həyata keçirdikləri və ya keçirməyə cəhd etdikləri bir sıra addımlarını məhz müəyyən xarici dairələrin göstərişlərinə əsasən ediblər. Bilindiyi kimi, Azərbaycanın qüvvətlənməsi, onun iqtisadi baxımdan çiçəklənməsi bəzi əcnəbi dairlərin heç də ürəyincə deyil. Ona görə də onlar hər vəchlə calışırlar ki, Azərbaycanın dünyada artan nüfuzuna xələl gətirsinlər. Bu zaman da daxildəki bəzi radikal müxalifət dairələri həmin xarici qüvvələrin əlində oyuncağa cevrilərək, onların istəyinə uyğun hərəkətlərə yol verirlər. Aydındır ki, xarici dairələr bu zaman daxildəki həmin qüvvələri maliyyə vəsaitləri ilə də təmin edir. Bu vəsaitlər isə müxalifətə onlara yaxın qeyri-hökumət təşkilatlarının xaricdən aldıqları qrantlar vasitəsilə həyata keçirdikləri layihələrin icrası yolu ilə daxil olur. Belədə ölkəmizdəki bəzi müxalif dairələr və onların himayəsində olan QHT-lər hələ də xaricilər üçün donosçuluq etməkdə davam edirlər. Bu dairələr hətta hansısa bir cinayət törədərək qanuni formada mühakimə olunan şəxslərin də arxasında duraraq Azərbaycanda guya siyasi məhbusların olduğu barədə xaricə yalan informasiyalar ötürməkdədir. Belədə xaricilərlə əlbir olaraq çalışırlar ki, Azərbaycanın beynəlxalq miqyasda artan imicinə zərbə vurulsun. Görəsən, hansı səbəbdən Azərbaycanın radikal müxalifəti dövlətçiliyə ziyan vuran bu kimi çirkin donosbazçılıq əməllərindən əl çəkmir?

Millət vəkili Zahid Oruc düşünür ki, belə vəziyyətin səbəbi müxalifətin dövlətçilik və milli maraqlarından çıxış etməməsinin nəticəsidir: "Xarici dairələr üçün donosçuluq etmək ümumən dünyada qərarlaşmış bir prosesdir. Əksər ölkələrin həyatında bu hərəkətdən uzun müddətdir geniş fayda götürülür. Türkiyə daxilində beyin mərkəzli siyasi institutların yaranması, formalaşması və fəaliyyət istiqamətlərini analiz etsək görərik ki, burada da oxşar mənzərə ilə qarşılaşırıq. Bu o deməkdir ki, hazırkı dönəmdə bir ölkənin içərisinə hərbi vasitələrlə müdaxilə etmək maliyyə və siyasi baxımdan o qədər də sərfəli olmadığından müdaxilə prosesi üçün daha fərqli bir yol seçilib. Bu da ondan ibarətdir ki, üçüncü sektor vasitəsilə cəmiyyətin maraq və mənafeyini öz bildikləri istiqamətdə təhlil etmək, ona yön vermək, paralel şəkildə siyasi sistemdə qərarlaşaraq orada öz maraqlarını reallaşdırmaq çox əlverişlidir. Bu mənada qrant haqqında qanunun qəbulundan sonra həmin sahəni tam aydınlığı ilə təhlil etmək imkanı qazanmışıq. Hakimiyyət əleyhdarlarının ayaqda saxlanılması üçün onların layihələrinə önəm verilməsi, bu qurumların müxtəlif beynəlxalq tədbirlərə dəvətinin təşkil olunması, partiyaların elitasında təmsil olunan şəxslərin himayəçilik etdiyi QHT-in əldə saxlanılması və s. dediyimizə real nümunələrdir. Keçmiş dövrdə bu istiqamətlərdə müvafiq qanunvericilik nə qədər sərtləşsə də, praktika dəyişməz olaraq qalır. Bu gün də açıq şahidiyik ki, özü qeyri-hökumət təşkilatı adlansa da, gerçək funksiyası siyasi olan, əslində, sanki hakimiyyət uğrunda mübarizənin bir tərəfinə çevrilmiş və Sərhədsiz Reportyorlar, "Artikl-19"dan və s. geniş qaynaq götürərək onlarla vahid iş birliyində fəaliyyəti olan qurumlarla üz-üzə qalırıq. Azərbaycanda nə qədər qeyri-hökumət təşkilatı dövlət layihələri ilə təchiz olunsa da, ikinci cinahda paralel strukturlar kimi həmin qeyd etdiyimiz təşkilatlar da fəaliyyət göstərir. Təəssüf ki, hansısa üçüncü vasitə ilə onları bloklamaq, fəaliyyətini tam aradan qaldırmaq da mümkün deyil. Azərbaycan müxalifətinin bir hissəsinin isə xaricilərlə bu işdə əlbir olması isə onların dəfələrlə qeyd etdiyimiz kimi dövlətçilik maraqlarından çıxış etmədiyini göstərir".

Sizin Reklam Yeriniz