Əlaqə Arxiv
news Image
2014.01.17
19:29
| A A A
Ermənistanın təhsil naziri ölkənin adını dəyişdirməyi təklif etdi
Armen Aşotyanın fikrincə, ölkənin adının dəyişdirilməsi konstitusiya islahatları yolu ilə həll oluna bilər

Region Ermənistanın təhsil naziri ölkənin adını dəyişdirməyi təklif edib. Nazir Armen Aşotyan bu barədə öz şəxsi Facebook səhifəsində yazıb. Nazir ölkənin Şərqi Ermənistan Respublikası adlandırılmasını təklif edib. Armen Aşotyanın fikrincə, ölkənin adının dəyişdirilməsi konstitusiya islahatları yolu ilə həll oluna bilər.

"Mən tarixi ədalətin bərpası, vətənpərvərlik və qanuni tələblər baxımından dövlətimizin adının dəyişdirilməsi məsələsini müzakirə etməyi təklif edirəm. Düşünürəm ki, dövləti Şərqi Ermənistan Respublikası adlandırmaq daha düzgün olardı".

Armen Aşotyan iddia edib ki, Qərbi Ermənistan ərazisi hazırda Türkiyənin tərkibinə daxildir və bu ərazilərdə ermənilərə qarşı soyqırım həyata keçirilib.

Sizin Reklam Yeriniz