Ohanyan Dağlıq Qarabağdakı qarnizonlarda olub
Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu həftə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər edərək separatçı rejimin ordu qarnizonlarına baş çəkib, zabit heyəti ilə görüşüb.
Movqe.az bildirir ki, görüşlər zamanı separatçı rejimin ordusunda 2013-cü il ərzində həyata keçirilən proseslər analiz olunub, regional hərbi-siyasi inkişaf, ordunun mənəvi-psixoloji hazırlığı məsələləri müzakirə edilib.