"Suriya vətəndaş müharibəsinə sürüklənir"
"Total müharibənin həqiqətdə baş vermə ehtimalı gündən-günə artır", deyə Annan Qətərin paytaxtı Dohada Ərəb Dövlətləri Liqasının Suriyaya dair müşavirəsində bəyan edib.
Ərəb dövlətlərinin XİN başçıları Dohaya Suriyadakı son hadisələri, o cümlədən Əl-Houla kəndində 100-dən artıq dinc sakinin öldürülməsini müzakirə etmək üçün toplaşıblar.