Əlaqə Arxiv
news Image
2014.01.18
16:15
| A A A
Radikallar biri-birlərinin paxırını açırlar
Elçin Mirzəbəyli: “Onlarda istefa mədəniyyəti olsaydı, 10-15 il öncə siyasi səhnəni tərk etməli idilər”

Radikal müxalif düşərgədə baş verən son olaylar və qarşılıqlı ittihamlar davam etdikcə bu cəbhədə yer alanlar biri-birlərinin paxırlarını da açırlar. Məlum olur ki, radikal düşərgədə yer alanlar pul müqabilində satqınlığı getməkdən tutmuş, milli maraqların satılmasına, partiyaları daxilində avtoritar üsul idarəsi qurmağa qədər ən qəbuledilməz hallara yol verirlər.

Politoloq Cümşüd Nuriyev bununla bağlı bildirir ki, radikallar arasında ifşa prosesi çoxdan var: "Vaxtı ilə Milli Şura yaradılanda bəyan etmişdik ki, bu, sonu pis bitəcək məcburi bir nigahdır. Çünki bu siyasi nigaha girənlər bir siyasi müstəvini bölüşə bilmirlər. Ancaq bunların bir arada olması xarici qüvvələr üçün sərfəli vasitədir. AXCP həm Qərbə, həm də Rusiyaya işləyir. Hər iki tərəfdən daha çox pul qazanmağa çalışır. Amma Müsavatın Rusiya qanadı yoxdur. Ona görə də çalışır ki, AXCP-nin planlarına maneçilik törətsin. Odur ki, qarşıdurma, ifşalar gözlənilən idi. Bunun üzə çıxması seçkilərdən sonra xarici qüvvələrin onlara verdiyi maliyyənin kəsilməsi ilə baş verdi. Milli Şura məsələsi iflasa uğrayandan sonra yenidən Əli Kərimli və İsa Qəmbər gündəmə gəldi ki, onların arasında da 1988-ci ildən köhnə haqq-hesab qalmaqdadır. İndi də məcburi siyasi nigaha girdilər. Amma onlar köhnə hisslərindən əl çəkməyiblər. İsa Qəmbər nə qədər hiyləgər siyasətçidirsə, Əli Kəmili bir o qədər həm də xəyanətkar siyasətçidir. İfşalar hələ bir az gec olub. Bunun nəyə aparıb çıxaracağı maraqlıdır. Hələlik isə Milli Şuranı günü-gündən digər simalar tərk edirsə, prosesin davam edəcəyi istisna olunmur".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirir ki, radikal müxalifət siyasətdə mövcudluqlarını primitiv təfəkkürlə qurublar: "Daim qarşılıqlı ittihamlar, illərdir ki, ən sonuncu ifadələri bir-birinə qarşı işlədirlər. Bu da düşüncə, xarakter problemidir. Kifayət qədər yetkinlik yaşına çatmış təfəkkürünü necə dəyişmək olar? Təəssüflər olsun ki, o zəhərli düşüncə ilə də bir qrup insanları zəhərləməyi bacarırlar".

Elçin Mirzəbəyli qeyd etdi ki, artıq radikal düşərgə iflasa uğrayıb: "Bu, Azərbaycan xalqın arzularından, kifayət qədər tolerant düşüncədən, dövlətçilik düşüncələrindən, həm də radikal düşərgənin yürütdüyü siyasətdən qaynaqlanır. Əslində, radikallıq dünyanın heç bir yerində normal qəbul edilmiş düşüncə tərzi deyil. Normal düşüncəyə sahib insanlar cəmiyyətin inkişafını innovativ təkamül yolunda, danışıqlarda görür. Radikalizm xəstə təffürkün məhsuludur. Bu baxımdan, xəstə təfəkkürün Azərbaycan cəmiyyətində uğur qazanacağını gözləmək olmaz".

Elçin Mirzəbəyli onu da əlavə etdi ki, onlarda istefa mədəniyyəti olsaydı, 10-15 il öncə siyasi səhnəni tərk etməli idilər: "20 ildən yuxarı partiya sədri olmaq o deməkdir ki, həmin partiyanın daxilində demokratiya yoxdur. Əslində, həmin düşərgədə olanlar ən qatı avtoritar düşüncəli insanlardır. Çünki, uğur qazanmayan siyasi partiyanın lideri bir seçkidən sonra istefa verib getməlidir. Göründüyü kimi, nə siyasi, nə seçki, nə də istefa mədəniyyətləri var".

Sizin Reklam Yeriniz