Əlaqə Arxiv
news Image
2014.01.18
17:29
| A A A
Elçibəyin oğlu AXCP və Müsavata qadağa qoydu

Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev AXCP və Müsavat Partiyasının funksionerlərinə müraciət edib. Ərturqut Əliyev hazırda bir-biri ilə qalmaqal yaşayan tərəfləri Elçibəyin adından istifadə etməməyə çağırıb.


"Heç bir siyasi partiya öz işlərinə görə mənim atamın adını çəkməsin. Bir-birlərinə ünvanladıqları ittihamlarda Əbülfəz Elçibəyin adından istifadə etməsinlər.


Atamın ruhunu sakit buraxsınlar!"-deyə Ərturqut Əliyev sərt şəkildə bəyanat verib.


O qeyd edib ki, son günlər AXCP və Müsavat Partiyası arasında yaşanan qalmaqalda mərhum atasının adının bu formada hallandırılmasının əleyhinədir.

Sizin Reklam Yeriniz