Əlaqə Arxiv
news Image
2014.01.19
10:27
| A A A
Suriya Milli Koalisiyası “Cenevrə-2”yə nümayəndə heyəti göndərir

Suriya Müxalifəti və İnqilabi Qüvvələrin Milli Koalisiyası (SMİQMK) "Cenevrə-2" beynəlxalq sülh konfransında iştirak etmək üçün nümayəndə heyəti göndərəcək. Movqe.az-ın "gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə ərəb KİV-ləri məlumat yayıb.Məlumata görə, müvafiq açıqlamanı İstanbulda xaricdəki suriyalı müxalifətçilərin müşavirəsini keçirən SMİQMK rəhbərinin müavini Fayez Sarra verib. "SMİQMK konfransda iştirak edəcək və bu barədə yaxın 2-3 gün ərzində elan olunacaq", deyə Sarra bildirib. Onun sözlərinə görə, "Milli Koalisiya danışıqlarda Suriya xalqının və inqilabının əsil maraqlarından çıxış edəcək".

Sizin Reklam Yeriniz