Əlaqə Arxiv
news Image
2014.01.20
19:32
| A A A
AB xarici işlər nazirləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcəklər

Yanvarın 28-də Avropa Birliyinin xarici işlər nazirlərinin Brüsseldə görüşü keçiriləcək

Avropa Birliyinin xarici işlər nazirləri Brüsseldə Rusiya-Avropa Birliyi sammitinə hazırlığın gedişini müzakirə edəcəklər. Rusiya mətbuatında yayılan məlumata görə, yanvarın 28-də keçiriləcək görüşdə Ukrayna və İrandakı hazırkı vəziyyyət müzakirə ediləcək. 


Həmçinin görüşdə "Şərq əməkdaşlığı" ölkələri ilə əlaqələr, Avropa Birliyinin çoxtərəfli proqramı çərçivəsində Azərbaycan- Ermənistan münasibətləri ətraflı müzakirə hədəfinə çeviriləcək.


Görüşdə İrana qarşı Avropa Birliyi tərəfindən tətbiq olunan sanksiyalara yenidən baxılması da gözlənilir.

Sizin Reklam Yeriniz