Əlaqə Arxiv
news Image
2014.01.20
21:29
| A A A
Gürcüstan prezidenti: “Azərbaycan, Gürcüstan və Türkiyənin əməkdaşlığı Avrasiya üçün böyük önəm daşıyır”

Türkiyə və Gürcüstan prezidentləri Meshxeti türklərinin qayıdışını müzakirə ediblər. Bu gün Ankarada rəsmi səfərdə olan Gürcüstan prezidenti Georgi Marqvelaşvili Çankaya köşkündə Türkiyə prezidenti Abdulla Güllə görüşüb. Movqe.az-ın verdiyi məlumata görə, görüşdən sonra G. Marqvelaşvili və A. Gül Çankaya köşkündə mətbuat konfransı keçiriblər. G. Marqvelaşvili Türkiyənin hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini, digər dost ölkələrin də belə qətiyyətli mövqe ortaya qoyarlarsa, bu problemin qısa zaman ərzində həllini tapacağına inandığını bildirib. O, Azərbaycan, Gürcüstan və Türkiyənin beynəlxalq enerji və nəqliyyat layihələrindəki əməkdaşlığının bölgə çərçivəsini aşdığını, bütün Avrasiya üçün böyük önəm daşıdığını bildirib.

Mesxeti türklərinin Gürcüstana qayıdışı məsələsində A. Güllə həmfikir olduğunu söyləyən Gürcüstan prezidenti bu məsələni insan haqları və fərdi hüquqların tanınması çərçivəsində dəyərləndirdiklərini, bu haqların tanınmasının lazım olduğunu düşündüklərini qeyd edib. G. Marqvelaşvili, Gürcüstan prezidenti kimi ilk olaraq Türkiyəyə rəsmi səfərə gəlməsindən də məmnun olduğunu bildirib.

Sizin Reklam Yeriniz