Əlaqə Arxiv
news Image
2014.01.20
21:42
| A A A
“Avropa Times” qəzetində 20 Yanvar faciəsi haqqında məqalə dərc olunub
Müəllif 20 Yanvar faciəsinin Böyük Britaniyadakı Azərbaycan icması tərəfindən hər il matəm günü kimi qeyd edildiyini bildirib

Dünya Böyük Britaniyanın gündəlik "Avropa Times" qəzetində Qanlı Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı "Azərbaycan Qara Yanvar faciəsini xatırlayır" sərlövhəli məqalə dərc edilib. Movqe.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, məqalədə 1990-cı il yanvarın 20-də sovet qoşunları tərəfindən Bakıda aralarında uşaqların, qadınların və qocaların olduğu dinc, silahsız insanların amansızlıqla qətlə yetirilməsi sovet imperiyasının son çırpıntıları və vəhşilik aktı kimi göstərilib. Qeyd edilib ki, azadlıq və müstəqillik uğrunda mübarizə aparan insanlara qarşı törədilən bu qətliam zamanı 147 nəfər qətlə yetirilib, 700-dən artıq insan yaralanıb. Həmin tarixdən etibarən bu hadisə Qara Yanavar kimi bütün dünyada matəm günü olaraq qeyd edilir. Məqalədə vurğulanıb ki, bu hadisə həm də Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində dönüş nöqtəsi olub və ölkəmiz 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edilib. Müəllif 20 Yanvar faciəsinin Böyük Britaniyadakı Azərbaycan icması tərəfindən hər il matəm günü kimi qeyd edildiyini bildirib, Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanovun qətliamın qurbanlarının anım mərasimində səsləndirdiyi fikirlərə yer verilib.


Sizin Reklam Yeriniz