Əlaqə Arxiv
news Image
2014.01.27
19:20
| A A A
İtaliyanın “Lindro” xəbər portalında Dağlıq Qarabağ münaqişəsi barədə məqalə dərc edilib

İtaliyanın "Lindro" xəbər portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təhlil olunduğu məqalə yerləşdirilib. Movqe.az-ın məlumatına görə, məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, son vaxtlar cəbhə xəttində atəşkəsin vaxtaşırı pozulmasından bəhs olunur. Diqqətə çatdırılır ki, Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Tərəflər arasında 1994-cü ildə atəşkəs haqqında sazişin imzalanmasına baxmayaraq, cəbhə xəttində vaxtaşırı silah səsləri eşidilməkdədir. Münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi heç bir nəticə verməyib.



Sizin Reklam Yeriniz