Əlaqə Arxiv
news Image
2014.01.28
19:49
| A A A
Asim Mollazadə Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Berlinə gedib
Asim Mollazadə Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Berlinə gedib

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Almaniyanın Robert Bosch və ABŞ-ın Alman Marşall fondlarının dəvətilə II Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Berlinə gedib. Partiyanın mətbuat xidmətinin məlumatına görə, İsveçin xarici işlər nazirliyinin dəstəyilə keçirilən forumda regionun vacib strateji istiqamətləri, o cümlədən, iqtisadi potensialı, sosial və mədəni irsi, çoxsaylı problemləri müzakirə olunacaq. Burada ABŞ, Avropa Birliyi ölkələri, Türkiyə, AB-nin Şərq tərəfdaşları, həmçinin Azərbaycan, Ermənistan və Gürcüstandan olan strateqlər, məşhur siyasətçilər iştirak edəcəklər. Onlar Cənubi Qafqazın geostrateji potensialı, bölgənin siyasi və təhlükəsizlik problemləri, ticarət və infrastrukturu, potensial inkişaf istiqamətləri və cari islahatları ətrafında konstruktiv fikir mübadiləsi aparacaqlar.


Sizin Reklam Yeriniz