"Ermənilər tərəfindən bu cür
yanaşmaları tez-tez görürük. Azərbaycan prezidenti İlham Əliyev bu
yaxınlarda Brüsseldə NATO-nun baş qərargahında çox mühüm fikirlər
səsləndirmişdi. Eyni zamanda dünya ictimaiyyəti də görür ki,
Ermənistan bütün öhdəliklərininin yerinə yetirilməsindən boyun
qaçırır". Bu fikirləri açıqlamasında millət vəkili Fuad Muradov son
günlər ermənilərin atəşkəs rejimini hansı səbəbdən pozmasını şərh
edərkən deyib. Onun sözlərinə görə, beynəlxalq təşkilarla yanaşı
dünya ictimaiyyətində belə bir fikir formalaşıb ki, bu,
Ermənistanın siyasətidir. Onlar bütün danışıqlardan qaçaraq vaxtı
uzatmaq və vəziyyəti indiki kimi saxlamaq niyyətindədirlər: "Digər
tərəfdən Serj Sarkisyan nəsə etməlidir ki, daxili problemlərlə
bağlı insanların fikirləri dəyişsin. Həmin fikirlər isə Dağlıq
Qarabağ məsələsi ilə bağlıdır. Bütün bu hərəkətlərlə Sarkisyan
bəyan edir ki, korrupsiyaya bulaşmış insanı hakimiyyətdən
devirsəniz, o zaman ermənilər torpaqları itirə bilər". Millət
vəkili onu da qeyd edib ki, atəşkəs rejiminin pozulması hər dəfə ya
xarici işlər nazirlərinin görüşü, ya da ATƏT-in Minsk qrupunun
həmsədrlərinin regiona səfəri zamanı müşahidə olunur: "Ermənistan
dövlət rəhbərliyinin əsas məqsədi odur ki, özünü və ətrafdakıları
qoruyub saxlaya bilsin və onlar da Ermənistan xalqını talamağa
davam etsinlər. Ali baş komandanımız İlham Əliyev hər dəfə bəyan
edir ki, torpaqlarımızın işğaldan azad olunmasını istənilən vaxt
həyata keçirə bilərik. Bu danılmaz faktdır ki, Ermənistan
separatizm üzərinə qurulan dövlətdir. Dövlətin mahiyyəti isə
parçalamaq, öz insanlarını diaspor təşkilatları vasitəsi müxtəlif
ölkələrdə yerləşdirməkdir".
"Ermənilər hər zaman Böyük Ermənistan Respublikası yaratmaq sevdası ilə yaşayıblar. Bir sıra beynəlxalq təşkilatlar var ki, onlar da ölkəmizə qarşı qərəzli münasibət bəsləyirlər. Bunlara misal olaraq, "Freedom House", "Human Rights" və bu kimi təşkilatları göstərmək olar. Həmin təşkilatların əsas məqsədləri də Azərbaycanda stabilliyi pozaraq öz dediklərini yeritmək və özlərinə uyğun hakimiyyəti formalaşdırmaqdır. Bir sözlə, Azərbaycanın ərazi bütövlüyü məsələsi gündəmə gələndə bəzi beynəlxalq təşkilatlarda olan insanlar ya susurlar, ya da Ermənistanın mövqeyini tuturlar. Lakin bir həqiqət də var ki, Azərbaycanın ədələtli mövqeyini dəstəkləyən insanlar da çoxdur. Bugünkü nüfuzumuz onu deməyə əsas verir ki, bir çox beynəlxalq təşkilatlar Azərbaycandakı inkişafı görüb bizimlə sıx əməkdaşlıq etməyə təşəbbüs göstərirlər" – deyə millət vəkili Fuad Muradov məsələ ilə bağlı fikirlərinə əlavə edib.