Əlaqə Arxiv
news Image
2014.01.29
19:42
| A A A
Krımın Türkiyəyə qaytarılması məsələsi gündəmə gəlib
Yarımada Rusiyaya üçüncü tərəfə verilmək hüququ olmadan keçib - əks halda geri qaytarılmalıdır

Ukraynanın bölünməsi məsələsindən çox danışıldığı bu günlərdə Krımın Türkiyəyə qaytarılması məsələsi də gündəmə gəlib. Movqe.az-ın Rusiyanın "Pravda" qəzetinə istinadən bildirir ki, bu barədə Rusiyanın tanınmış yazıçısı və publisisti, Beynəlxalq Dəniz Hüququ Assosiasiyasının üzvü Sergey Aprelev bildirib.

"Gəlin əvvəlcə baxaq ki, Krımın Rusiyaya qaytarılmasının mümkünlüyü barədə mif haradan yaranıb (bəzilərinin xoşuna gəlməsə də, bu sadəcə mifdir!)… Söhbət Küçük-Kaynarca sülh sazişindən, yəni Rusiya ilə Osmanlı imperiyası arasında 10 (21) iyul 1774-cü il tarixdə bağlanmış sülh sazişindən gedir. Saziş Krım xanlığının Osmanlı imperiyasından müstəqilliyini bəyan edib, yalnız din inanc məsələlərində sultanın nəzarəti altında olub. Sazişdə bir neçə vacib bənd olub, amma məlum məsələ üzündən Krımla bağlı bəndin üzərində dayanacağıq. Çağdaş dillə danışsaq, saziş Krımın Rusiyaya keçməsini nəzərdə tutur. Özü də üçüncü tərəfə verilmək hüququ olmadan - əks halda yarımada geri qaytarılmalıdır",- deyə Sergey Aprelev vurğulayıb.

Sizin Reklam Yeriniz