Əlaqə Arxiv
news Image
2014.01.30
19:04
| A A A
Eldar İbrahimov: “Məqsədimiz Cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin təbliğ olunmasıdır”

"Yeni Azərbaycan Partiyası İqtisadi məsələlər üzrə komissiyası 6 nəfərdən ibarət olmaqla artıq fəaliyyətə başlayıb". Bu barədə açıqlamasında Yeni Azərbaycan Partiyası İqtisadi məsələlər komisiyasının sədri, partiyanın İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov rəhbərlik etdiyi komissiyanın iş fəaliyyəti haqqında münasibətini bildirərkən deyib: "Artıq iş planımız təsdiqlənib. Məqsədimiz Cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin təbliğ olunmasıdır. Biz eyni zamanda cəmiyyətə uğurlu iqtisadi siyasətin mahiyyətini çatdırılmasına kömək edəcəyik". Eldar İbrahimov aprel ayında konfransın keçiriləcəyini də bildirib: "Bu ilin aprel ayında konfrans keçirməyi nəzərdə tuturuq. Sonrakı dövrlərdə komissiya öz tərkibinə iqtisadçıları, ekspertləri də cəlb etməyi düşünür. Bütün görülən işlər kütləvi informasiya vasitələrində işıqlandırılacaq. Digər ölkələrin iqtisadçıları ilə fikir mübadilələləri aparmağı da hədəf götürmüşük". YAP-ın komissiya sədri həmçinin qeyd etdi ki, bu gün ölkədə aparılan uğurlu iqtisadi islahatlarda, əldə olunan davamlı uğurlarda partiya təmsilçilərinin də müstəsna rolu var və bu istiqamətdə regionlarda da fəaliyyət prinsipləri qurulacaq: "Yeni Azərbaycan Partiyası təmsilçilərinin iqtisadi uğurların əldə edilməsində müstəsna xidmətləri var. Regionlarda hökumət və dövlət strukturlarının nümayəndələri ilə müzakirələr aparmaq da iş planımıza daxil edilib".

Sizin Reklam Yeriniz