Əlaqə Arxiv
news Image
2014.02.01
20:34
| A A A
“Cenevrə-2” konfransı çərçivəsində danışıqlar yekunlaşır

Suriyanın Xarici İşlər Naziri Valid Əl-Müəllim isə, danışıqların ilkin mərhələsinin yekunu ilə bağlı çıxışında uğursuzluğun iki səbəbini əsas gətirib

Suriyada hazırki cinayətkar rejimlə müxalifətin mövqeyi barışmayacaq. Bu çox çətin bir prosesdir. Suriyanın müxalifət təmsilçisi olan Suriya Milli Şurasının prezidenti Əhməd Əl-Cəbrə Cenevrədə keçirilən sülh konfransının yekununda bu cür açıqlama verib. Əl-Cəbrə qeyd edib ki, rejim Cenevrəyə məcburi şəkildə gətirilib və əslində, sülh razılaşması əldə etməyə heç bir niyyəti yoxdur.


Suriya Milli Şurasının prezidenti, Əhməd Əl-Cəbrə: "Əsəd vaxt udmağa çalışır. Çünki o, sona gəldiyini anlayır. Onu Rusiya Cenevrəyə gəlməyə vadar edib. Əsəd ailəsi Suriya xalqının gözündən düşüb. Geriyə qalan xatirələr isə, qan, atəş və terrorizm və sairə zorakılıqlardan ibarətdir. Biz əsla bu ailədən heç kimin ölkəni idarə etməsinə razılıq verməyəcəyik. Sülh danışıqlarında isə daimi olaraq açıq-qapı olacağını düşünmürəm". 


Suriyanın Xarici İşlər Naziri Valid Əl-Müəllim isə, danışıqların ilkin mərhələsinin yekunu ilə bağlı çıxışında uğursuzluğun iki səbəbini əsas gətirib.


Suriyanını Xarici İşlər Naziri, Vahid Əl-Müəllim: "Bu həftə uğurlu nəticələr əldə edə bilmədiyimiz üçün təəssüf edirəm. Qarşı tərəfin səriştəsizliyi və ciddiyətsizliyi nəticələrin uğursuzluğa düçar olmasına səbəb oldu". 


Bu arada, Birləşmiş Millətlər Təşkilatının baş katibi Ban Ki Mun konfransın yekununa dair Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Con Kerri və Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov və BMT-nin Suriya səfiri Ləhdar Brahimi ilə görüş keçiriblər.


Danışıqların növbəti mərhələsi isə, iki həftə sonra keçiriləcək.

Sizin Reklam Yeriniz