Əlaqə Arxiv
news Image
2014.02.01
13:57
| A A A
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin məbləği açıqlanıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsait fevralın 1-dək 51 691 129 manat təşkil edib. Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Fevralın 1-i tarixinə fondun bank hesabına toplanmış vəsait 51 691 129 manat, 211 791 ABŞ dolları və 593 avro təşkil edib.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Sizin Reklam Yeriniz