Əlaqə Arxiv
news Image
2014.02.03
10:48
| A A A
Con Kerri Dağlıq Qarabağ münaqişə barədə bəyanat səsləndirib

ABŞ dövlət katibi: "Mən münaqişə tərəflərinə məsələnin sülh yolu ilə həll edilməsi üçün bütün təsirləri göstərəcəm"


Anspress-in məlumatına görə, diplomat münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini bildirib: "Mən münaqişə tərəflərinə məsələnin sülh yolu ilə həll edilməsi üçün bütün təsirləri göstərəcəm. ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi bunun üçün əlindən gələni edəcək". 


Qeyd edək ki, artıq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayıb. Fransalı həmsədr Jak For və amerikalı həmsədr Ceyms Uorlik fevralın 2-də Bakıya gəliblər.


Həmsədrlər bu gün Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşəcəklər.


Bakıdan sonra vasitəçilər Ermənistana səfər edəcəklər.


Sizin Reklam Yeriniz