Əlaqə Arxiv
news Image
2014.02.03
19:21
| A A A
Azərbaycanla İsrail arasında diplomatik və xidməti, xüsusi pasportlara malik olan şəxslər viza rejimindən azad edilib

Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən iclasında Azərbaycanla Peru və Azərbaycanla İsrail arasında diplomatik və xidməti, xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında sənəd müzakirə edilib. Movqe.az  məlumatına görə, hər iki sənəd barədə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov məlumat verib. S. Seyidov öncə diqqəti İsraillə münasibətlərə çəkib: "Bu sənədin bizim üçün mahiyyəti böyükdür. Çünki Azərbaycanın ən ağrılı problemi olan Qarabağ məsələsində bizim yanımızda olmaqda, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıqda və sair məsələlərdə İsrailin rolu əvəzsizdir". Komitə sədri bildirib ki, sənədə əsasən, diplomatik və xidməti pasportlara malik olan vətəndaşlar digər dövlətin ərazisinə səfər etmək, tranzit keçmək və ya ilk dəfə daxil olduqları tarixdən etibarən 180 gün ərzində, 90 gündən artıq olmayan müddətə qalmaq məqsədi ilə daxil olmaları üçün viza əldə etmək öhdəliyindən azad edilir. Bu müddətdən artıq qalmaq istədikdə isə vizanın uzadılması üçün icazə tələb edilir. Daha sonra Peru ilə bağlı sənəd barədə məlumat verilib. Bildirilib ki, sənəddə bu pasportlara malik şəxslərin vizasız səfər edəcəkləri qeyd olunub. Komitə sədrinin sözlərinə görə, onlar səfər etdikləri zaman ölkədə 90 gündən artıq qala bilməzlər. Hər iki sənəd ratifikasiya olunub.

Sizin Reklam Yeriniz