Əlaqə Arxiv
news Image
2014.02.04
19:04
| A A A
Baş nazir Putinlə bir araya gələcək

Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Movqe.az - ın Türkiyə mətbuatına istinadən məlumatına görə, görüşün Soçi Qış Olimpiadasının açılışı zamanı gerçəkləşəcəyi bildirilir. Qeyd edək ki, Kremlin mətbuat xidməti Putinin Soçi proqramını yayımlayıb. Putinin Olimpiadanın açılışında iştirak edəcək dövlət rəhbərləri ilə görüşünün nəzərdə tutulduğu, Ərdoğanla görüşün də məhz bu zaman olacağı qeyd olunub. Fevralın 7-nə nəzərdə tutulan "Soçi Qış Olimpiadası-2014"ün açılış mərasimində 40-dan artıq dövlət və hökumət rəhbərinin iştirakı gözlənilir.

Sizin Reklam Yeriniz