Əlaqə Arxiv
news Image
2014.02.04
19:39
| A A A
Serj Sarkisyan: “Ermənistanın Avropa Birliyinə qəbulu gündəmdə deyil və heç vaxt olmayıb”

Ermənistanın Avropa Birliyinə qəbulu məsələsi gündəmdə deyil və heç vaxt olmayıb. Movqe.az-ın"Armtoday"a istinadən verdiyi məlumata görə, bunu Çexiyanın "Lidovy noviny" qəzetinə müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan deyib. Ermənistan prezidenti həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışıb. Ölkəsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin problemin sülh yolu ilə həllinin alternativsizliyinə dair yanaşması ilə razı olduğunu deyən S. Sarkisyan qeyd edib ki, güc tətbiqi yeni müharibə fəlakətlərinə səbəb ola bilər, lakin heç vaxt Dağlıq Qarabağ problemini çözməyəcək. "Ümid edirəm ki, gec-tez sağlam məntiq qalib gələcək və biz regionda sabitliyi, əmin-amanlığı bərqərar edə biləcəyik", - deyə o vurğulayıb. S. Sarkisyan həmçinin erməni-türk münasibətlərinin bərpası perspektivlərinə toxunub. Ölkəsinin Türkiyə ilə münasibətlərin nizama salınması prosesini bərpa etməyə hazır olduğunu deyən Ermənistan prezidenti qeyd edib ki, bunun üçün rəsmi Ankara siyasi iradə nümayiş etdirməli, habelə ön şərtləri irəli sürməkdən imtina etməlidir.

"Sürixdə imzalanmış protokolların reallaşması da bölgədə sabitliyin möhkəmləndirilməsi işində vacib komponent olacaq", - deyə o vurğulayıb.

Sizin Reklam Yeriniz