Əlaqə Arxiv
news Image
2014.02.07
10:10
| A A A
KTMTnin türkdilli ölkələri Ermənistanı yalnız buraxacaq
Hatəm Cabbarlı: “Orta Asiya dövlətlərinin müharibə başlayacağı təqdirdə ermənilərə kömək etmə ehtimalı olduqca zəifdir” Rasim Ağayev: “Rusiyanın yeni “Qafqaz cəbhəsi” açmaq üçün istəyi və imkanları yoxdur”

Ermənistanın KTMT üzvlüyünə xüsusi önəm verdiyini deyən Ohanyan isə hazırda qurumun hərbi-siyasi inkişafı istiqamətində ciddi addımların atıldığını bildirib. Ancaq maraqlısı odur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bir sıra türkdilli ölkələr də üzvdür. Hansı ki, onların da ölkəmizlə müxtəlif sahələrdə və təşkilatlar çərçivəsində sıx əməkdaşlıqları var. Məsələnin bu nüansına isə erməni nazir konkret cavab verə bilməyib: "Quruma üzv olan Orta Asiya ölkələrinin belə hallarda hansı rol oynayacağı və bunun hansı formatda baş verəcəyini zaman göstərəcək".

Siyasi şərhçilərin qənaətinə görə, KTMT-ə üzv olan Orta Asiya ölkələri Azərbaycan ilə Ermənistasn arasında aktiv münaqişə başlayarsa, ikinci tərəfə kömək etməyəcəklər. Ohanyanın bəyanatı isə boğazdan yuxarı deyilmiş və erməni ictimaiyyətinə yönəlmiş bir fikir kimi dəyərləndirilir.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı bildirir ki, KTMT sadəcə Rusiyadan ibarət deyil: "Orta Asiya respublikaları da bu təşkilatın üzvüdür. Bir neçə il əvvəl məsələ barəsində KTMT-nin baş katibi Nikolay Bordyuja da bənzər bəyanat vermişdi. Maraqlıdır ki, Bordyujanın bu bəyanatına KTMT-yə üzv olan Orta Asiya ölkələrindən birmənalı cavab gəlmədi. Özbəkistan, Qazaxıstan, Tacikisan rəsmiləri bu barədə konkret fikir deməsələr də, analitiklər KTMT-ə üzv olmalarına görə onların Ermənistana yardım etməyəcəklərini bildirmişdilər. Hətta Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri belə bir fikir demişdi ki, Qarabağ işğal altında olan bölgədir və Azərnbaycanın torpağıdır: "Orada hərbi əməliyyatlar başlayacağı təqdirdə, Qazaxıstanın bu münaqişəyə tərəf olması mümkün deyil". Bu baxımdan Ohanyanın bu bəyanatı daxili ictimai rəyə yönəlik informasiyadır. Ancaq heç bir nəticəsi olmayacaq. Orta Asiya dövlətlərinin müharibə başlayacağı təqdirdə ermənilərə kömək etmə ehtimalı olduqca zəifdir. Çünki, bu dövlətlərin Azərbaycan ilə müəyyən əlaqələri var. Bundan başqa, həmin dövlətlərin canlı qüvvələriin münaqişə bölgəsinə göndərmə ehtimalı olduqca azdır. Qeyri-hərbi cəhətdən Rusiyanın təzyiqləri nəticəsində müəyyən dəstək verə bilərlər. Amma real köməklik vermə ehtimalı olduqca azdır. Belə ki, bizim Orta Asiya ölkələri ilə münasibətlərimiz qaydasındadır. Bundan başqa, Belarusun Rusiyaya olan 200 milyon dollar borcunun ödənməsində Azərbaycanın rolu oldu. Bunun üçün Belarus Azərbaycana müraciət etdi və Azərbaycanın bu məbləği ödədi. Yəni, Belarsun da Azərbaycan ilə münasibətləri yüksək səviyyəyədir. Əslində, bu isə bir vəfa borcudur".

Politoloq Rasim Ağayev də təxminən eyni qənaətdədir: "Çox fikir bəyan etmək olar. Ohanyanın bəyanatı sadəcə təzyiq məqsədiəl verilib. Bunu da anlamaq olar. Onun başqa imkanı yoxdur. KTMT vasitəsi ilə hədə - qorxu gəlmək istəyir. Ancaq hər kəs yaxşı bilir ki, KTMT-nin hərbi qüvvələri ilk növbədə rus ordusundan formalaşıb. İndiki zamanda söhbət nəzəri xarakter daşıyır. Məqsəd də hədə - qorxu gəlməkdir".

Politoğun fikrincə, Orta Asiya ölkələrinin münaqişəyə müdaxiləsini mövcud məqam göstərəcək: "Rusiya KTMT –in əsas oyunçusu olduğu halda çalışacaq ki, belə bir hadisə baş verməsin Çünki, hazırda Rusiyanın yeni "Qafqaz cəbhəsi" açmaq üçün istəyi və imkanları yoxdur. Bu gün Rusiyanın başı başqa işlərə qarşıb".

Sizin Reklam Yeriniz