Əlaqə Arxiv
news Image
2014.02.07
12:32
| A A A
MTRŞ-dan telekanallara kriminal verilişlərlə bağlı xəbərdarlıq-Özəl
Təvəkkül Dadaşov: " Reytinq xətrinə kriminal xəbəri daha həyəcanlı şəkildə tamaşaçıya çatdıran kanallar da var ki, biz onlara xəbərdarlıqlar edirik"

Milli Teleradio Şurası (MTRŞ) millət vəkili Rəbiyyət Aslanovanın intihar hadisələrinin təqdim edilməsi ilə bağlı KİV-ə tutduğu iradlara münasibət bilririb. MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Movqe.az-a açıqlamasında bildirib ki, Şura bir neçə ay öncə telekanalara bununla bağlı müvafiq tövsiyyələrini verib: "Təbii ki, biz kriminal xəbərlərin təqdim edilməsi ilə bağlı telekanallara öz tövsiyyələrimizi vermişik. Həmin tövsiyyələrdən biri belə verilişlərin saat 23:00-dan sonra efirə verilməsi ilə bağlıdır ki, telekanallar buna əməl edirlər. Bəzən bu xəbərləri əsas xəbər buraxılışlarında da verdikdə isə qaydalara qismən əməl edirlər. Yəni amansızlıqla qətlə yetirilmiş şəxs geniş maştabda efirdə göstərilmir. Müəyyən görüntünü məhdudlaşdırmaqla efirə verilir. Amma bəzən qaydaları pozanları da olur. Reytinq xətrinə kriminal xəbəri daha həyəcanlı şəkildə tamaşaçıya çatdıran kanallar da var ki, biz onlara xəbərdarlıqlar edirik. Amma ümumilikdə bu təkcə Azərbaycan telekanallarının deyil, dünyada telekanallarının problemidir ki, kriminal xəbərlərə daha çox yer verilir. Amma Şura nəzarəti daim davam etdirir və öz tövsiyyələrini verir".

Xatırladaq ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Azərbaycanda intihar hadisələrinin internet-saytlarda və televiziyalarda təqdim edilən formada verilməsinin qətiyyən doğru oladığını söyləmişdi. Komitə sədri qeyd edib ki, bir intihar hadisəsindən yazanda ya bıçaq, ya həmin adamın asılmasını, ya da qan göstərirlər ki, bu da insan şüuruna mənfi təsir edir: "Əvvəllər intihar hadisəsini eşidəndə hamı qeyzlənir, əsəbiləşirdi. İndi isə hər şey adiləşib. Bu neqativə artıq bir alışqanlıq yaranıb. Televiziyanı açırsız, səhərdən axşama qədər fəlakət, qəzalar, ölüm hadisələri, müharibələr, münaqişələr verilir. İnsan da artıq bunlara elə rahat baxır, elə rahat qəbul edir ki, intihar hadisəsinə baxan insan 2 dəqiqədən sonra hansısa şouya rahat baxa bilir. Bu, artıq insan duyğularının başqalaşması, vəhşiləşməsi deməkdir".

Millət vəkilinin fikrincə, əgər intihar hadisəsi baş veribsə, həmin hadisəni göstərmək yox, onun səbəblərini araşdırmaq, ictimaiyyətin buna münasibətini öyrənmək lazımdır: "Bu gün cəmiyyəti qana, vəhşiliklərə alışdırmaq lazım deyil. Bir müddətdən sonra hiss edəcəksiniz ki, o neqativ informasiyalar iç dünyanıza nə dərəcədə mənfi təsir edib. Siz nə dərəcədə daşlaşmış biri olmalısınız ki, o informasiayalar sizə təsir etməsin?!"

R.Aslanova əlavə edib ki, insanları qorumaq üçün artıq informasiyaların ötürülmə xarakteri dəyişməlidir.

Sizin Reklam Yeriniz