Əlaqə Arxiv
news Image
2014.02.07
19:10
| A A A
İlham Əliyev Soçidə Çex Respublikasının Prezidenti Miloş Zeman ilə görüşüb

Prezident İlham Əliyev Soçidə Çex Respublikasının Prezidenti Miloş Zeman ilə görüşüb. Movqe.az-ın məlumatına görə, görüşdə ölkələrimiz arasında münasibətlərin son vaxtlarda inkişafından məmnunluq ifadə olunub. Azərbaycan Respublikası ilə Çex Respublikası arasında siyasi əlaqələrin yaxşılaşmasının müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə də əlverişli şərait yaratdığı bildirildi.

Daha sonra görüşdə kənd təsərrüfatı, ticarət, səhiyyə, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə ətraflı fikir mübadiləsi aparıldı.

Sizin Reklam Yeriniz