Əlaqə Arxiv
news Image
2014.02.07
19:18
| A A A
Gürcüstanda 1000-dək məhbus aclıq elan edib

Movqe.az-ın məlumatına görə, bu barədə "Novosti-Qruziya" agentliyi yerli mətbuata istinadən xəbər yayıb. Kutaisi şəhəri yaxınlığında yerləşən Gequti həbsxanasında keçirilən aksiyanın iştirakçıları bəyan ediblər ki, buna səbəb həbsxana rəhbərliyinin kobud rəftarıdır. Hazırda həbsxananın önündə məhbusların qohumları toplaşıb. Ora həmçinin Ombudsman aparatının nümayəndəsi Georgi Labadze gəlib. O, həbsxana əməkdaşları tərəfindən döyüldüyünü iddia edən məhbusla görüşüb. Öz növbəsində cəzaların icrası üzrə nazir Sozar Subari aclıq aksiyasının kriminal avtoritetlər tərəfindən təşkil olunduğunu iddia edib.

Sizin Reklam Yeriniz