Əlaqə Arxiv
news Image
2014.02.07
19:25
| A A A
Avropa Birliyinin 13 ölkəsi “Şərq tərəfdaşlığı” proqramının inkişafına dair layihə hazırlayıb
Avropa Birliyinin 13 ölkəsi “Şərq tərəfdaşlığı” proqramının inkişafına dair layihə hazırlayıb.

Movqe.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, sənəd "Vilnüsdan sonra "Şərq tərəfdaşlığı"nın 20 tezisi" adlanır. Sənəddə Avropa Birliyi ilə assosiasiya sazişlərinin imzalanması ilə yanaşı "Avropa paketi"ni müzakirə etmək təklif olunur. "Avropa paketi" insanların hərəkət sərbəstliyini və vizaları, tələbə mübadiləsini, ikitərəfli proqramları, habelə Avropa Birliyinin proqramlarında iştirakın genişləndirilməsini nəzərdə tutur. Sənəddə həmçinin Ukraynadakı hadisələri nəzarətdə saxlamaq, Gürcüstan və Moldova ilə assosiasiya sazişlərinin imzalanması prosesini sürətləndirmək və Rusiyanın bu ölkələrə təzyiq göstərəcəyi təqdirdə, koordinasiya olunmuş cavab hazırlamaq tövsiyə olunub.

Böyük Britaniya və Almaniyanın artıq müsbət rey verdiyi sənəd Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin fevralın 10-da Brüsseldə keçiriləcək toplantısında müzakirə olunacaq.

Sizin Reklam Yeriniz