Əlaqə Arxiv
news Image
2014.02.08
20:18
| A A A
Ayətullah Xamneyi: “Xarici qüvvələr öz piyadalarını iqtidar başına keçirməyə çalışırlar” - FOTO
İranın ali dini lideri ayətullah Əli Xamneyi bu gün səhər saatlarında İran Hərbi Hava Qüvvələrinin komandanları və şəxsi heyəti ilə görüşüb.Movqe.az-ın  "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ayətullah Xamneyi bildirib ki, xarici qüvvələr başqa ölkələrin xalqlarına müstəqilliyin onların inkişafı ilə ziddiyyət təşkil etdiyini təlqin etməyə çalışırlar: "Təəssüflər olsun ki, bəziləri içəridə də düşmənlərin sözlərini təkrarlayırlar. Düşmənlərin söylədikləri sözlər İran xalqına ibrətdir. Xalq ABŞ rəsmilərinin ifadə etdiyi ədəbsiz sözləri və fikirləri diqqətlə izləməlidir. Bəzi çevrələr düşmənlə düşmənçilik edən xalqın bu mövqeyini dəyişdirmək niyyətindədir".
Ali dini lider deyib ki, İran İslam inqilabının ən mühüm şüarları azadlıq və istiqlaldır: "Ancaq bu gün xarici qüvvələr öz piyadalarını iqtidar başına keçirməyə çalışırlar".
Sizin Reklam Yeriniz