Əlaqə Arxiv
news Image
2014.02.10
21:33
| A A A
İranlılar Mübariz İbrahimov haqqında film hazırladı
Video çarxda ermənilərin Azərbaycan torpaqlarına, tarixi abidələrimizə qarşı vandalizm faktları göstərilib İranın "Nasr" televiziyasının hazırladığı video çarx Qarabağın işğalı və Mübariz İbrahimovun şücaətinə həsr edilib.
Movqe.az-ın məlumatına görə, sözügedən video çarxda ermənilərin Azərbaycan torpaqlarına, tarixi abidələrimizə qarşı vandalizm faktları göstərilib.Mübariz İbrahimovun qəhrəmanlığından bəhs edilən qısametrajlı bu film ingilis dilində hazırlansa da, subtitrlər türkcə yazılıb. Qeyd edək ki, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Sizin Reklam Yeriniz