Əlaqə Arxiv
news Image
2014.02.15
19:15
| A A A
Saakaşvili: "Rusiya qoşunları Qafqazı mütləq tərk edəcək"

"Rusiya qoşunları gələcəkdə Qafqazı mütləq tərk etməyə məcbur olacaq". Bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili "Rusiya və Şimali Qafqaz Olimpiadadan sonra" mövzusunda keçirilən konfransda çıxışı zamanı  bildirib. 


Movqe.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə sabiq prezident bu barədə ABŞ-ın Ceymstaun Fondunda "Rusiya və Şimali Qafqaz Olimpiadadan sonra" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. 


"Bizim mövqeyimiz konkret bilinir. Rusiya qoşunları tamamilə Qafqazı tərk etməlidir. Bu gec, ya da tez baş verməlidir. Rusiya istər Qafqazın cənub, istərsə də şimal torpaqlarından qoşunları geri çəkməlidir", - deyə Mixail Saakaşvili bildirib

Sizin Reklam Yeriniz