Əlaqə Arxiv
news Image
2014.02.22
22:47
| A A A
Ukrayna prezidentinin səlahiyyətlərini Turçinov icra edir
Konstitusiyaya uyğun olaraq, hazırda dövlət başçısının səlahiyyətlərini Ukrayna Ali Radasının sədri qismində Aleksandr Turçinov icra edir. Movqe.az-ın Korrespondent.net-ə istinadən verdiyi xəbərə görə, bunu "Batkivşina" fraksiyasının lideri Arseniy Yatsenyuk mətbuata açıqlamasında bildirib. Qeyd edək ki, bu gün 112 Ukraina telekanalına müsahibəsində Ukrayna prezidenti Viktor Yanukoviç ölkəni tərk etmədiyini və istefa vermədiyini bəyan edib. Müraciətdən cəmi 15 dəqiqə sonra Ukrayna parlamenti prezidentin impiçmenti məsələsini müzakirəyə çıxararaq 296 lehinə, 4 səs əlehinə olmaqla qəbul etdi.
Sizin Reklam Yeriniz