Əlaqə Arxiv
news Image
2014.02.24
11:44
| A A A
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bəyanat yaydı

Azərbaycan Kommunist Partiyası son günlər Ukraynada baş verən hadisələrdən dərin narahatçılıq hissi keçirir. Partiyadan Movqe.az-a verilən məlumatda deyilir ki, dünya ictimaiyyətinə özlərini demokratiyaın qaratı kimi təqdim etməyə çalışan ABŞ və bəzi qərb dövəltlərinin Ukraynadakı olaylara ikili standartlarla yanaşmaları, bir daha onların məqsəd və niyyətlərinin nədən ibarət olduğunu ortaya qoyur. AKP, Ukraynada vətəndaş müharibəsini alovlandırmağa cəhd göstərən, Ukraynanın bir dövlət kimi mövcudluğunu təhlükə altına qoyan dövlətlərin ictimayyətini ayağa qalxaraq öz hökumətlərinə bu haqsızlığa son qoymağı, müstəqil, suveren dövlətin daxili işlərinə qarışmamağı, Ukrayna xalqının hüquq və azadlığına və onun müstəqil seçim etməsinə hörmətlə yanaşmağı tələb etməyə çağırır.

22 fevral 2014 -cü ildə Kiyev şəhərində bir qrup sağ təmayüllü "millətçi" xuliqanların Ukrayna KP MK -nın qərərgahıa hücum edərək , onun əmlakın talan etmələri, ölkənin bir çox regionlarında proletariatın dahi rəhbəri V.İ. Lenin abidələrinin dağıdılması, bir daha Avropa İttifaqına daxil olan dovlətlərinin demokratik dəyərlərə verdiyi qiymətin əyani təzahürüdür.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi hesab edirki, bu cür vandalizim və faşizim elementlərinə qarşı dünyaın bütün sülhsevər və tərəqqi pərvər qüvvələri birləşməli, imperializmin demokratiya pərdəsi altında apardığı müstəmləkə siyasətinə qarşı öz ehtirazlarını bildirməlidirlər.. Əks halda Ukraynada baş verən hadisələr hər birimizin evində qaçılmaz olacaqdır.

Azərbayan Kommunistləri, Ukrayna xalqına öz həmrəyliyini bildirir və bu ağır vaxtda Ukraynanın bütün vətənpərvər, sülhsevər qüvvələrini birləşərək, radikal miilətçilərə qarşı birgə mübarizə aparmağı tövsiyə edir.

Sizin Reklam Yeriniz