Əlaqə Arxiv
news Image
2014.02.26
19:30
| A A A
Sinan Oğan: “Türkiyə parlamenti Xocalı faciəsini soyqırım olaraq tanımalıdır”

"Türkiyənin Xocalı soyqırımına səssiz yanaşması yeni soyqırımlara qapı açmaq deməkdir".

APA-nın xəbərinə görə, bunu Türkiyə parlamentinin MHP-dən olan üzvü Sinan Oğan keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, Türkiyə Xocalı soyqırımı ilə bağlı konkret mövqeyini ortaya qoymalıdır: "Təəssüf ki, nə Türkiyə dövləti və TBMM, nə beynəlxalq məhkəmələr, nə də beynəlxalq ictimaiyyət Xocalı soyqırımı ilə bağlı konkret mövqeyini açıqlamayıb. Yalnız TBMM-in Xarici işlər komissiyası açıqlama yayıb. Xocalı faciəsinin soyqırım olaraq tanınmasına dair verdiyim təklif isə parlamentin rəflərində gözlədilir".

 

Millət vəkili qeyd edib ki, Türkiyə Xocalıya yetərincə dəstək verə bilmədiyi üçün Şərqi Türküstanda, İraqda, Suriyada bənzər təhdid və təhlükələr var: "Bunları görməzdən gəlməyimiz soyqırım gerçəyini gizlətməyəcək. Türkiyə Cümhuriyyətinin bütün səlahiyyətli qurumlarını, millət vəkillərini təklifimizə dəstək verməyə çağırırıq".

Sizin Reklam Yeriniz