Əlaqə Arxiv
news Image
2014.02.27
11:59
| A A A
Krım parlamentinin üzərində Rusiya dövlət bayrağı dalğalanır

Krım parlamenti binasının üzərində Rusiya dövlət bayrağı dalğalanır.


APA-nın Krım informasiya agentliyinə istinadən verdiyi məlumata görə, Krım Nazirlər Şurasının sədri Anatoli Moqilyov bildirib ki, bu gün yerli vaxtla saat 9.00-da (Bakı vaxtı ilə saat 11.00-da) hakimiyyət nümayəndələrinin Nazirlər Şurası və parlament binalarını zəbt etmiş şəxslərlə danışıqları başlayacaq.

 

A.Moqilyovun sözlərinə görə, həmin şəxslər silahlı olsa da, aqressiv deyillər.

 

Nazirlər Şurasının sədri həmçinin muxtar respublikanın siyasi qüvvələrinə və sakinlərinə müraciət edərək durumu gərginləşdirməmək üçün onları baş verənlərə qarışmamağa çağırıb. 


Sizin Reklam Yeriniz