Əlaqə Arxiv
news Image
2014.02.27
17:39
| A A A
Allahşükür Paşazadə Avropa İttifaqının Azərbaycandakı nümayəndəsini və Argentina səfirini qəbul edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi, xanım Malina Mardını qəbul edib. QMİ-nin mətbuat xidmətindən movqe.az-a verilən məlumata görə, görüşdə Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında mövcud əlaqələrin inkişafı müstəvisində mənəvi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşün sonunda qonağa QMİ-nin fəaliyyətini əks etdirən kitab və xatirə hədiyyəsi təqdim olunub. Şeyx bu gün həmçinin Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Rivanı da qəbul edib. Ölkəsinin Azərbaycanda ilk səfiri olmaqdan qürur duyduğunu deyən Karlos Dante Riva iki dövlət arasında əlaqələrin perspektivindən danışaraq bildirib ki, Argentina Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq qurmaqda maraqlıdır. Bakıda olduğu ilk gündən Azərbaycandakı tolerantlıq mühitindən heyrətləndiyini bildirən diplomat bu sahədə görülən işləri yüksək qiymətləndirib. Allahşükür Paşazadə din-dövlət münasibətləri, Azərbaycandakı dini dözümlülüyün tarixi kökləri və son illər bu istiqamətdə görülən işlər barədə səfirə məlumat verib. Yeni səfirə uğurlar arzulayan Şeyxülislam həzrətləri onun iki dövlət arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inandığını bildirib. Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.

Sizin Reklam Yeriniz