Əlaqə Arxiv
news Image
2014.02.27
17:42
| A A A
Ərdoğan media qurumlarını ittiham etdi

Türkiyəni baş naziri Rəcəb Tayyib Ərdoğan səhhətində ciddi problem yaranması və reanimasiyaya aparılması ilə bağlı məsələdən danışıb. Movqe.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ədalət və İnkişaf Partiyasının seçki təbliğatı çərçivəsində Burdurda keçiridiyi tədbirdə çıxış edən R.T.Ərdoğan bildirib ki, onun reanimasiya düşməsi ilə bağlı xəbər həqiqətə uyğun deyil: "Allahın verdiyi canı Allahdan başqa heç kim ala bilməz. Bir qəzet yazıb ki, mən reanimasiyaya qəbul olunmuşam. Dünən Milli Təhlükəszilik Şurasının iclasında iştirak edirdim. İndi buradayam. Buradan da Uşak şəhərinə gedəcəm". Ərdoğan həqiqətə uyğun olmayan informasiyaları yayan media qurumlarını da ittiham edib: "Görün, nədən xeyir götürmək istəyirlər. Ya montaj, ya böhtan, ya da öldürəcəklər məni. Allahın verdiyi canı Allahdan başqa kimsə ala bilməz. Biz bu mübarizəni belə davam etdirəcəyik".

Sizin Reklam Yeriniz