Əlaqə Arxiv
news Image
2014.03.02
09:13
| A A A
Ukrayna ordusu müharibəyə hazırlaşır

Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov ordunun yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsini əmr edib. ANS PRESS-in məlumatına görə, ölkənin enerji infrastrukturu və digər mühüm strateji obyektləri mühafizə altına alınıb."Rusiyanın Ukraynadakı vətəndaşlarının təhlükə altında olması barədə irəli sürdüyü iddiaların hamısı cəfəngiyyatdır. Biz harada yaşamağından, hansı dildə danışmağından asılı olmayaraq bütün Ukrayna vətəndaşlarının hamısını müdafiə edirik. Buna görə də ordunun yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsini əmr etdim".

Qeyd edək ki, martın 2-də Ukraynada və onun sərhədlərində yaranan vəziyyətlə bağlı Ali Radanın növbədənkənar iclası keçiriləcək.

Sizin Reklam Yeriniz