Əlaqə Arxiv
news Image
2014.03.03
09:57
| A A A
Azərbaycan Ukraynada hansı hökuməti legitim hesab edəcək?

Hər gün daha da gərginləşən Ukrayna hadisələri ölkənin 2-3 yerə bölünmə riskini artırıb. Artıq demək olar ki, Krım Muxtar Respublikasının Ukraynadan ayrılaraq Rusiyanın nəzarəti altında keçəcəyi gün uzaqda deyil. Federasiya tərəfi təsdiq etməsə də, məlumatlar var ki, Krımda rus qoşunları bütün idarətetmə orqanlarını, inzibati binaları ələ keçirib.

Rusiya prezidenti Vladimir Putin isə Ukraynanın Krım Muxtar Respublikasına humanitar yardım olunmasına məsələsinə baxılmasına dair göstəriş verib. Bu şəraitdə Ukraynada formalaşan yeni hakimiyyətə münasibət də birmənalı deyil. Qərb yeni hakimiyyəti tanısa da, Rusiya Viktor Yanukoviçi Ukraynanın qanuni prezidenti hesab edir. Azərbaycan isə kimin legitim tərəf olaraq qəbul edilməsiən dair hələ mövqeyini açıqlamayıb.



Fazil Mustafa: "Ukraynada hansı hökumət varsa, onlarla əməkdaşlığa getməliyik"



Millət vəkili Fazil Mustafa hesab edir ki, Azərbaycan bu məsələdə beynəlxalq hüququn tərəfində durmağa çalışmalıdır: "Krım məsələsi əgər Qarabağ münaqişəsiən oxşar hala çevriələrsə, Azərbaycan birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməlidir. Necə ki, Gürcüstanda və başqa yerlərdə dəstəkləyib. Amma eyni zamanda Rusiya ilə də münasibətlərimizə xələl gətirə biləcək addımlar atmamalıyıq. Bu məsələlərə indidən mövqe bildirməliyik. Çünki, söhbət Ukraynanın ərazi bütövlüyündən gedir. Ukraynada hansı hökumət varsa, onlarla əməkdaşlığa getməliyik. Ukrayna xalqının iradəsi nəyi tələb edirsə, biz də ona qarşı gedə bilmərik. Rusiya nəyisə qəbul etmirsə, o demək deyil ki, biz də onu etməməliyik. Təbii ki, Rusiyanı narazı salmamalıyıq. Amma ərazi bütövlüyü kimi prisnipial məsələlərdə bu mövqedən çıxış etməsək, sabah bizim ərazilərimiz barədə mübahisəli mövqelərlə qarşılaşmış olarıq".


Asim Mollazadə: "Biz Ukraynanın ərazi bütövlüyünə xələl gətirən hərəkətlərə qarşıyıq"



Deputat Asim Mollazadə də bildirdi ki, Azərbaycan Ukraynanın müstəqilliyi, ərazi bötüklüyündə maraqlı olan ölkədir: "Biz Ukraynanın ərazi bütövlüyünə xələl gətirən hərəkətlərə qarşıyıq. Hazırda Krımda baş verən hadisələr bizə 1990-cı illərdəki Qarabağ, Güsrücüstan və Moldovada həyata keçirilən prosesləri xatırladır. Ona görə çox istərdik ki, beynəlxalq ictimaiyyət Ukraynaya dəstək versin. O, ərazi bütövlüyünü qoruya bilsin. Sadəcə, Azərbaycanın bu sahədə imkanları məhduddur. Ona görə də biz beynəlxalq ictimaiyyətin təzyiqlərini gözləyirik".


Hatəm Cabbarlı: "Azərbaycanın hadisələrə tələsik münasibət bildirməsi doğru olmazdı"


Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı bildirir ki, Ukraynadakı hadisələr müxalifətin qələbəsi ilə başa çatsa da, əslində buna "Pirr qələbəsi" demək olar: "Burada əsas faktor Rusiya, Avropa Birliyi və ABŞ-dır. Hadisələr bu qütblərin Ukrayna üzərində oynadığı oyunların nəticəsi idi. Hələlik Qərb dünyasının Rusiya üzərində müəyyən üstünlüyü görünsə də, qələbə ilə bağlı qəti fikir bildirmək olmaz. Belə ki, Krımın ümumiyyətlə, Ukraynanın gələcəyinin necə olacağı cavabsız suallardandır. Azərbaycanın hadisələrə tələsik münasibət bildirməsi doğru olmazdı. Azərbaycan regionda və Ukraynada cərəyan edən hadisələri izləməli, münaqişələrin necə inkişaf edəcəyi haqqında müəyyən pronozlar verməlidir. Azərbaycan ilk nöbvədə Ukraynanın ərazi bütövlüyünü tanıdığını bildirməlidir. Çünki, bizim də Dağlıq Qarabağ kimi problemimiz var. Məhz bu problemin həll edilməməsində də əsas faktorun Rusiya olduğunu unutmaq olmaz. Ukraynanın hansı qütbdə yer alacağı Ukrayna xalqının seçəcəyi bir məsələdir. Başda Azərbaycan olmaqla, digər dövlətlər də Ukraynın bu seçiminə hörmətlə yanaşmalıdır. Amma Ukraynın gələcəyinin necə olacağı müəmmalı olduğu üçün Azərbaycan xarici siyasətində müəyyən çətinliklərlə qarşılaşa bilər".

Politoloq hesab edir ki, Ukrayna bölünəcəyi təqdirdə Azərbaycan bir tərəfi dəstəkləyib, digər tərəfdən tamamilə uzaqlaşması düzgün olmazdı: "Bu, hər şeydən əvvəl Azərbaycanın dövlət maraqlarına uyğun deyil. Azərbaycana hər iki tərəflə münasibətlər qurması məcburidir. Xüsusi ilə Krım məsələsini ön plana çıxarmaq lazımdır".

Sizin Reklam Yeriniz