Cənubi Qafqaz regionunda
böyük marağı olan
bəzi xarici qüvvələr
Azərbaycanın qısa müddətə
bütün sahələrdə əldə
etdiyi uğurlarından qıcıqlanırlar. Bunu
SalamNews-a Milli Məclisin
sədr müavini Bahar
Muradova "Amnesty İnternational"ın
Azərbaycanla bağlı keçirdiyi
sorğunun nəticələrinə münasibət bildirərkən deyib.
O vurğulayıb
ki, həmin
qüvvələr Azərbaycana təzyiq
etməyə və
Azərbaycan dövlətinin müstəqil
siyasət yürütməsinin qarşısını almağa
cəhd edirlər. Demokratiya, insan
haqları və onların
qorunması bütün dünya
ölkələrində yekunlaşmış məsələ
deyil. Bu, birprosesdir və
sonu yoxdur.
B.Muradova deyib: "Ölkəmizə qarşı yönələn bu addımlar müəyyən beynəlxalq qeyri-hökumət təşkilatların vasitəsilə atılır. Belə təşkilatların qərəzli münasibətləri və hesabatları çox gülünc doğurur. Onlar anlamalıdırlar ki, Azərbaycanda insan hüquqları ilə bağlı problemlərdən danışarkən yalnız qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpasından söhbət getməlidir. Azərbaycan haqqında hesabatlar hazırlayan beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə qaçqın və məcburi köçkün olan insanların torpaqlarında yaşamaq hüququnun qorunması məsələsi yer almır. Bu qüvvələr yalnız hansısa formada Azərbaycanın demokratik inkişafa, insan hüquqları sahəsində vəziyyətə, bir sözlə, ölkəmizin təmiz imicinə zərər gətirməyə çalışırlar". Parlament sədrinin müavini bildirib ki, Azərbaycanda siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsi, dövlətin beynəlxalq birliyə tam hüquqlu üzv kimi qəbul olunması üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atılıb. Onun sözlərinə görə, Milli Məclisin qəbul etdiyi qanunvericilik aktlarının əsas məqsədi insan hüquqlarının müdafiəsi təminatlarının yaradılması olub.