Əlaqə Arxiv
news Image
2012.06.14
18:30
| A A A
Suriyaya “uçuşa qadağan bölgə” təklifi

Movqe.Az "Euronews"a istinadən bildirir ki, Beynəlxalq dövlətlərin bir vətəndaş müharibəsi olaraq xarakterizə etməyə başladığı Suriyadakı böhranın həlli üçün "uçuşa qadağan bölgə" təklifi gündəmə gəlib.

Annan planının tətbiq olunmasının məcburi hala gəlməsi üçün Birləşmiş Millətlər Təhlükəsizlik Şurasına bir qanun təqdim etməyə hazırlanan Fransa Xarici İşlər Nazirliyi, "uçuşa qadağan bölgə tətbiqinin də bir variant ola biləcəyini" bildirib. Fransa hökuməti, bundan əlavə ayın axırında keçiriləcək Avropa Birliyi zirvəsində Şam rəhbərliyinə qarşı sanksiyaların ağırlaşdırılmasını təklif edəcək.

Bununla yanaşı, sosial şəbəkə saytlarında yayılan videolarda Suriyada olan BM müşahidəçi heyətinin milislər və əsgərlər tərəfindən daşlı, çubuqlu hücuma uğradığı görüntülənir. BM qaynaqları, əvvəlki gün Haffe qəsəbəsində sıxlıq bir qrup tərəfindən dayandırılan bir konvoyun geri dönmək məcburiyyətində qaldığını bildirib. Bu video qeydlərin Haffedəki hadisəyə aid olub olmadığı müstəqil qaynaqlar tərəfindən hələ təsdiqlənməyib.

Sizin Reklam Yeriniz