Əlaqə Arxiv
news Image
2014.03.13
12:44
| A A A
Almaniyanın sabiq kansleri: Krımdakı vəziyyətin gərginləşməsinə yol vermək olmaz

Krımda və Ukraynadakı vəziyyət çox narahatedicidir. Vəziyyətin bundan sonra da gərginləşməsinə yol vermək olmaz. Movqe.az-ın məlumatına görə, bu barədə Almaniyanın keçmiş federal kansleri Gerhard Şröder Alman-Azərbaycan Xarici Ticarət Palatasında (AHK Azərbaycan) məruzə ilə çıxışında deyib.


G.Şröder bildirib ki, intensiv dialoq, beynəlxalq ictimaiyyətin problemin həllinə, əsasən də Rusiya və Ukraynanın bu işə cəlb olunması həll yolu üçün vacibdir.


Onun sözlərinə görə, ATƏT Ukrayna probleminin həlli üçün ən yaxşı vasitədir.


Sabiq kansler bildirib ki, problemin həlli yolu hərbi yox, danışıqlar sayəsində mümkündür. Onun fikrincə, Ukraynanı Avropa İttifaqının assosiasiya sazişinin təşviq edilməsi ilə Avropa və Rusiya arasında seçim qarşısında qoymaq düzgün deyil.

Sizin Reklam Yeriniz