Əlaqə Arxiv
news Image
2014.03.13
19:15
| A A A
Avropa Parlamenti Rusiyanın Krımdakı fəaliyyətini pisləyən qətnamə qəbul edib

Avropa Parlamenti Rusiyanın Krımdakı aqressiyasını pisləyən qətnamə qəbul edib və yarımadanı Ukraynanın ayrılmaz tərkib hissəsi kimi tanıyıb.


Trend-in UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə "Rusiyanın Ukraynaya müdaxiləsi" adlı qətnamədə deyilir.

Avropalı deputatlar Rusiya qoşunlarının daimi dislokasiya yerlərinə qayıtmasını tələb edirlər.

Onlar martın 16-da Krımda keçiriləcək referendumu qanunsuz hesab edirlər.


Deputatlar qeyd edirlər ki, Rusiyanın fəaliyyəti BMT-nin Nizamnaməsini, 1975-ci il Helsinki Yekun Aktını, Avropa Şurasının Nizamnaməsini və digər beynəlxalq müqavilələri pozur.


Sizin Reklam Yeriniz