Türkiyə Şamaxı qətliamını unutmadı
Türkiyə mətbuatı ermənilərin 1918-ci ildə
Şamaxıda qətliam törətmələrindən yazıb.Movqe.az ans press-ə
istinadən xəbər verir ki, Türkiyə
mətbuatında erməni silahlı dəstələrinin 1918-ci ildə Azərbaycan
torpaqlarında 100 min türkü vəhşicəsinə öldürdüyü qeyd
edilib.
Sözügedən xəbəri sizə təqdim edirik: "Erməni
silahlı dəstələri 1918-ci ildə Azərbaycan torpaqlarında 100 minə
yaxın türkü öldürüb. Erməni vəhşiliyinin ən dərindən yaşandığı
yerlərdən biri də Şamaxı idi. Strateji baxımdan əhəmiyyətli bir
nöqtədə olan Şamaxı, Bakıya 110 kilometr məsafədə yerləşir. Bu
şəhərdə 96 il əvvəl ermənilər 8 min günahsız azərbaycanlını qətlə
yetirib.
Ermənilər Şamaxıda 86 kənddə qırğın
reallaşdırıblar. O kəndlərdən biri də Şərədil kəndidir. Kəndlilərin
dediyinə görə, kəndin yaxınlığındakı dağda türk əsgərləriylə erməni
əsgərləri vuruşublar. Şamaxıdakı 13 məscid də ermənil vəhşiliyindən
yan keçməyib.
İmamzadə məscidində yaşananlarsa insanı dəhşətə
salır. Azərbaycanlılar Şamaxıda olan İmamzadə məscidə ermənilərin
toxunmayacağını düşünüblər. Ancaq heç də gözlədikləri kimi olmayıb
və minlərlə azərbaycanlı İmamzadə məscidində diri-diri
yandırılıb.
Üzərindən bir əsrə yaxın bir vaxt keçməsinə
baxmayaraq, azərbaycanlılar kütləvi qırğın qurbanlarını unutmur.
Onları rəhmətlə xatırlayır.
Vətəndaş Cəmiyyət Təşkilatlarının inkişafında
Kömək Dərnəyi jurnalistləri Şamaxı bölgəsinə
aparıb.
Jurnalistlər 1918-ci ildə qırğın edilən bölgələri
ziyarət ediblər, kütləvi məzarların və soyqırım abidəsinin önünə
çiçək qoyublar.
Eyni zamanda qırğından bəhs edən 1905.az saytı da
təqdim edilib. İnternet saytı ermənilərin etdiyi qırğınları
müxtəlif dillərdə oxuculara çatdırır."
Xatırladaq ki, 1918-ci ilin 30 mart və 3 aprel
tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif
bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul,
Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti
və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın
törədiblər.