Türkiyə polisi saxta səsvermə bülletenləri ilə bağlı əməliyyat keçirdi (VİDEO)
Türkiyə polisi ölkədə keçiriləcək bələdiyyə
seçkilərinə saatlar qalmış saxta səsvermə bülletenlərinin
hazırlandığı iddia edilən mətbəədə araşdırma aparıb. Movqe.az ans
press-ə istinadən xəbər verir ki , Türkiyənin İzmir şəhəri Qaziəmir
qəsəbəsində yerləşən mətbəədə saxta səsvermə bülletenlərinin
hazırlanması barəsində şəhər poliş şöbəsinə məlumat daxil
olub.
Polis işçiləri mətbəədə 2 saat yaxın axtarış aparıblar. Daha sonra jurnalistlərə açıqlama verən polis məmurları mətbəədə saxta səsvermə bülletenlərinin hazırlanması barədə olan iddiaların əsassız olduğunu söyləyiblər.
Qeyd edək ki, ötən gün də başqa bir mətbəədə saxta səsvermə bülletenlərinin hazırlanması barəsində Türkiyə polisinə məlumat daxil olub. Polis əməkdaşlarının hadisə yerində apardıqları araşdırmadan sonra yayılan məlumatların əsassız olduğu üzə çıxıb.
Türkiyədə bu gün 52 milyon 695 min seçici 1394 yerli idarəetmə orqanları təmsilçiləri arasında seçim etmək üçün məntəqələrə gedəcək.