Əlaqə Arxiv
news Image
2014.04.04
22:50
| A A A
İlham Əliyev Slovakiyanın yeni Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Respublikasının yeni seçilmiş Prezidenti Andrey Kiskaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Slovakiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Slovakiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Sizin Reklam Yeriniz