Əlaqə Arxiv
news Image
2014.04.05
12:05
| A A A
Türk mediası: “Ərdoğan Əliyevə gizli siyahı verdi”

Ərdoğan Bakıya səfəri zamanı iki ölkə arasında əlaqələrə təhlükə yaradacaq şəxslərin gizli dosyesini Azərbaycan prezidentinə təqdim edib.

 

Movqe.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı hökumətə yaxınlığı ilə seçilən Türkiyənin "Takvim" qəzeti yayıb.

 

Qəzet Ərdoğan və İlham Əliyevin nurçularla əlaqədar etdiyi açıqlamaları buna əsas sübut kimi gətirib. Baş nazirin təqdim etdiyi dosyedə iki ölkə arasında məlum layihələrə mane olacaq şəxslərin adları əks olunub və onlara qarşı addımların atılması nəzərdə tutulur.

 

Qəzet Türkiyə və Azərbaycanın dövlət içində dövlət yaratmaq istəyənlərə qarşı birgə mübarizəsi ilə əlaqədar razılığa gəldiyini də yazıb.

 

Xatırladaq ki, Ərdoğanın müalicəsini yarımçıq qoyaraq, bələdiyyə seçkilərindən dərhal sonra Azərbaycana səfər etməsi səbəbini politoloqlar Türkiyə və Azərbaycanın strateji planlarının təxirəsalınmaz müzakirəsi ilə əlaqələndirmişdilər. Ərdoğanın məşhur "Balkon çıxışı" isə belə qənaətə gəlməyə əsas verirdi ki, Türkiyə Baş nazirinin Bakı səfərində nurçu şəbəkəsi ilə bağlı məsələ də ciddi müzakirə olunacaq və MİT və MTN-nin məlumatlarının mübadiləsi aparılacaq.

 

Hər iki ölkə mediasının mənbələri isə belə bir siyahının iki ölkə rəhbəri arasında müzakirə edildiyini təsdiqlədi

Sizin Reklam Yeriniz