Əlaqə Arxiv
news Image
2014.04.05
16:03
| A A A
Türkiyəni dünya gücünə çevirəcək layihə reallaşır (FOTO)
Türkiyə A400M hərbi nəqliyyat təyyarəsi alıb.

Movqe.az ans press-ə istinadən xəbər verir ki, Türk Hava qüvvələrinin İspaniyanın Sevilya şəhərindən gətirtdiyi hərbi təyyarə Kayseridəki Hava Donanması tərəfindən istifadə ediləcək. Daha bir təyyarənin isə ilin sonunda gətiriləcəyi panlaşdırılır. Avropanın nəhəng "Airbus" şirkəti yeni bir layihə üzrə Almaniya, Fransa, İngiltərə, İspaniya və Türkiyə üçün ümumilikdə 174 təyyarə istehsal edəcək. Türkiyə bu müasir təyyarələrdən 10-nu alacaq.






500 türk mühəndisin 4 milyon saat dizaynına qatqı etdiyi bu proyektdə 1 milyard avroluq detalın istehsalı Türkiyədə reallaşıb. Layihə çərçivəsində təyyarə satışı olduqca Türkiyə ortaq olaraq bu satışdan pay alacaq.



Sizin Reklam Yeriniz