Əlaqə Arxiv
news Image
2014.04.08
08:40
| A A A
Kreml Ukraynanı tam parçalamağa və ələ keçirməyə başladı
Qabil Hüseynli: “Şərqi Ukrayna da istila edilsə, heç nəyə əhəmiyyət verilmədən Rusiyaya qarşı çox ciddi tədbirlər görüləcək” Elman Nəsirli: “Baltikyanı və Şərqi Avropa ölkələrində NATO-nun əlavə qüvvələrini yerləşdirilməsi məsələsi reallaşmalıdır”

Rusiyanın Ukraynada işğal siyasəti tək Krımla məhuhdlaşmır. Artıq rusiyameyillilər Xarkov, Luqansk və Donetskdə dövlət administrasiya binalarını zəbt ediblər. Hətta Donetskdə "Müstəqil Donetsk respublikası" yaratdıqlarını elan edən separatçılar mayın 11-nə referendum təyin ediblər. Burada yaradılmış "Xalq soveti"nin qərarına əsasən "Donetsk respublikası" indiki Donetsk vilayətinin inzibati sərhədləri daxilində yaradılır və bu barədə qəbul edilmiş qərar mayın 11-də keçiriləcək referendumdan dərhal sonra qüvvəyə minəcək. Donetsk administrasiyası binasının qarşısındakı bayraq üçün nəzərdə tutulan yerdə yeni "respublikanın" qara-mavi-qırmızı bayrağı asılıb. Binanın qarşısına toplaşanlar SSRİ-nin himnini və "İnternasional" oxuyublar və bir-birlərini təbrik ediblər. Separatçılar həmçinin elan ediblər ki, "Donetsk respublikası" Ukraynanın cənub-şərqində yaradılacaq digər müstəqil respublikalarla birləşməyi mümkün sayır. Həmçinin yeni yaradılmış respublikanın Rusiya Federasiyasına qəbulu haqda qərar verilib. Xarkov və Luqanskdakı aksiyaçılar da referendemun keçirilməsini tələb edirlər. Ukraynanın baş naziri Arseni Yasenyuk hadisələri şərq vilayətlərində Rusiya qoşunlarının Ukraynaya müdaxiləsinə zəmin yaratmaq üçün plan kimi qiymətləndirib. Artıq beynəlxalq ekspertlər Rusiyanın Ukraynanın qərb hissəsini də işğal edə biləcəyini deyir. Eyni zamanda hadisələrin bu səpkidə inkiaşfı NATO-nun da Ukraynada Rusiya qüvvələri və tərəfdarlarına müdaxiləsini gündəmə gəlib. Bunu qurumdan Ukrayanın yeni hökuməti də xahiş edir. Hadisələri şərh edən politoloq Qabil Hüseynli Ukrayna polisinin tam iflic vəziyyətdə olduğunu təəccüblə qarşıladı: "Ancaq hələlik rus ordusu sərhəddi keçməyib. Bundan başqa, Ukrayna ordusu da məsələlərə müdaxilə etmir. Sanki sakitcə dayanıb Qərbin məsələyə müdaxiləsini gözləyirlər. Zənnimcə, Rusiya çox böyük riskə əl atır. Əgər Şərqi Ukrayna da istila edilsə, heç nəyə əhəmiyyət verilmədən Rusiyaya qarşı çox ciddi tədbirlər görüləcək. Hələlik hərbi tədbirlər istisna edilir. Çünki, hərbi tədbirlər dərhal nüvə müharibəsinə gətirə bilər. Amma Rusiyanın tam iqtisadi blokadaya alınması üçün daha ciddi tədbirlər görüləcək. Nəhayət Ukrayna ordusu da hərəkətə keçməlidir. Artıq bu dəfə Ukrayna ordusu rus ordusuna müqavimət göstərəcək. Ukraynanın ordusu o qədər zəif deyil ki, müqavimət göstərmək imkanına malik olmasın. Bu dəfə döyüşlərin olacağı istisnasızdır. Hətta məsələyə NATO-nun da müdaxiləsini istisna etmək olmaz".

Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli bildirdi ki, martın 16-da Krımın Rusiyaya birləşdirilməsi aktı baş verdikdən sonra Qərbin məsələyə çox sərt reaksiyası var: "Burada ABŞ, Avropa İttifaqı və NATO-nu qeyd etmək lazımdır. Xüsusi ilə NATO bu hadisələrdən sonra artıq Rusiya ilə həm hərbi, həm də mülki sahədə əməkdaşlığı tam dayandırıb. Amma rusiyalı ekspertlərin fikrincə, mülki və hərbi sahədə əməkdaşlığın dayandırılması heç də təhlükəli deyil. Çünki, 2008-ci ildə beşgünlük Rusiya-Gürcüstan müharibəsindən sonra da anoloji hal yaşanmışdı. Amma bir qədər sonra isə ABŞ və NATO rəhbərliyi vəziyyəti düzgün qiymətləndirdi. Praqmatik siyasət yeridərək yenidən münasibətlərin donunu açdı və münasibətlər bərpa olundu. Rusiyalı eksperlərin təhlükə hesab etdikləri başqa məsələdir. NATO-nun Avropadakı silahlı qüvvələrinin baş komandanı, amerikalı general Brüsseldə NATO ölkərinin xarici işlər nazirləri şurasının toplantısında belə bir mövqe ifadə etdi ki, Rusiyanın 40 minə qədər hərbi kontingenti Ukraynanın cənub və şərq əraziləri üzrə yerləşib. Əsas məqsəd odur ki, Ukrayna cənub və şərq ərazilərinə hərbi qüvvələr yeritməklə nəticə etibarı ilə Krım ilə Rusiya arasında quru yolu təmin etməkdir. Eyni zamanda istisna deyildir ki, Dnestryanın da zəbtini həyata keçirsinlər. Rus politoloqlar qeyd ediblər ki, Rusiyanın 40 minlik kontingenti bu vəzifələrin öhdəsindən gələ bilər. Bu reallığı qiymətləndirən NATO adekvat addımlar atmalıdır. Bu addımlar içərisində Baltikyanı və Şərqi Avropa ölkələrində NATO-nun əlavə qüvvələrini yerləşdirilməsi məsələsi reallaşmalıdır. Eyni zamanda Ukrayanda 2014-cü ilin sonuna qədər NATO-Ukrayna qüvvələri birgə 8 hərbi manevr keçirməlidir. Sonuncu manevr Donetskdə keçirilməlidir. O da bəllidir ki, Ukraynanın qərarına görə, ölkə ərazisində xarici hərbi qüvvələrin yerləşdirilməsinə icazə verilib. Bunlar Rusiyanı narahat etməyə başlayıb. Amerikalı general qeyd edir ki, bu reallıqda bizi ən çox maraqlndıran cəhət Rusiya bundan sonra hansı addımlar atmasıdır: "Əgər Ukrayanın cənub və şərq hissəsində də addımlar atılsa, NATO da addımları istisna deyil". Düzdür, o qeyd edib ki, bizim Rusiya ilə müharibə etmək niyyətimiz yoxdur. Amma təhlükəsizlik tədbirlərinin görülməsinin qaçılmaz olduğunu da əlavə edib. Bunlar bir daha ona dəlalət edir ki, NATO-nun Avropadakı qoşunlarını komandanı bu narahatlığı ifadə edirsə, deməli, çox ciddi əsaslar var. Rusiyanın rəhbərliyinin mövqeyi isə belədir ki, RF-nin silahlı qüvvələrinin yerdəyişmə etmə hüququnu özündə saxlayır. Bu cür ümumi ifadələr işlədirlər. Amma hər halda 40 minə qədər qoşunun Ukraynanın cənub və şərq sərhədləri boyunca yerləşdirməsi məlum təhlükədən xəbər verir".

Sizin Reklam Yeriniz