Əlaqə Arxiv
news Image
2012.06.20
18:48
| A A A
Əsədin “uçan tankları” geri aparılır
Suriyaya vertolyot daşıdığı bildirilən Rusiya gəmisi rotasını geri çevirdi

Movqe.az xəbər verir ki, Suriyaya vertolyot daşıyan Rusiya gəmisinin İngilis sığorta şirkətinin teminatını qaldırmasından sonra rotasını Rusiyaya çevirdiyi bildirilib. İngiltərə Xarici İşlər Nazirliyinin açıqlamasında, MV Alaed gəmisi yüküylə əlaqədar iddiaların ortaya atılmasından sonra Avropada rotasını dəyişdirdiyi deyilib.

İngiltərə Xarici işlər Naziri Villiam Hague də İngilis parlamentindəki şərhində, gəminin böyük ehtimalla rotasını Rusiyaya çevirdiyini söyləyib. Nazirliyin məlumatında isə gəminin İngilis və AB quru sularına girməməyə çalışdığı qeyd edilib.

İngiltərənin Baş naziri David Cameron da son günlərdə Şimal dənizində izlənilən gəminin Suriyadan uzaklaşmasının sevindirici hal olduğunu ifadə edib.

ŞİRKƏT SUSQUNDUR

Rus səlahiyyətliləri və gəminin administratoru Femco şirkət xəbərləri ilə bağlı açıqlama verməyib.

ABŞ Müdafiə Nazirliyi də dünən ayrıca vəsait və adam daşıyan 3 Rusiya gəmisinin Suriyaya getmək üçün yola çıxmağa hazırlandığını düşünüb.

UÇAN TANK

Gəmidə Suriyanın Sovetlər Birliyi dövründə satın aldığı, daha sonra da modernizasiya məqsədiylə Rusiyaya göndərdiyi Mi 25 helikopterlerinin olduğu bildirilir. Daşıdıqları ağır silahlar və qalın zirehlərə görə Əfaqnistanda vəzifəli Sovet pilotları bu vertolyotu "uçan tank" adlandırırmış.

Sizin Reklam Yeriniz