Əlaqə Arxiv
news Image
2012.06.21
19:18
| A A A
Sankt-Peterburqun mərkəzini bağlamaq təklif olunub

Movqe.Az xəbər verir ki, qanunvericilikdə insanların "hüquq və azadlıqlarının qorunması üçün" Sankt-Peterburq şəhərinin mərkəzi meydanlarında hər hansı fəaliyyəti qadağan edən qanun layihəsi təqdim edib. Bu barədə "Kommersant" qəzeti yazıb.

Qanun Smolny vəzifəli şəxsləri tərəfindən yazılsa da, deputatların adından şəhər parlamentinə təqdim edilib. Formal olaraq, o, yerli federal qanunvericiliyə uyğunlaşdırılıb. Dövlət Dumasının iyunda qəbul etdiyi dəyişikliklərə əsasən regional hakimiyyət orqanlarının razılıqsız toplaşmalar üçün məkan müəyyən etmək hüququ var.

Eyni zamanda Sankt-Peterburq rəhbərliyi mitinqlərin keçirilə bilməyəcəyi yerlərin siyahısını bir sənəddə toplayıb. Qanun layihəsinə bu ilin payızında baxılacağı planlaşdırılır.

Qanun laiyhəsinin müəllifləri "Dvorçevoy", "İsaakiyevsiki", "Sennoy", "Kazan", "Konyuşennoy", "Manejnoy", "Maoskva" və "Birejebviy", həmçinin "Bosstaniya", "Diktaturı Proletariata" və "Restralli" meydanlarında mitinq keçirməyi qadağan edib.

Qadağa mərkəzi prospektlərə və parklara da şamil olunub. Mitinlər həmçinin hökümət orqanlarına yaxın ərzilərdə də keçirilə bilməz.

Sizin Reklam Yeriniz